Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Tədbirin yekununda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.

A.M.

0
5