Azərabycan şərabları ilk dəfə Honkonqda nümayiş ediləcək

Azərabycan şərabları ilk dəfə Honkonqda nümayiş ediləcək

Azərbaycan şərabları ilk dəfə yaxın günlərdə Honkonqda keçiriləcək nüfuzlu “Wine & Spirits Fair” sərgisində nümayiş etdiriləcək.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Honqonkun “The Standard” qəzeti yazıb.

Sərgidə 30 pavilyon olacaq, burada dünyanın onlarla ölkəsi öz məmulatlarını nümayiş etdirəcək.

Sərgi təşkilatçıları ilk dəfə iştirakçılar siyahısına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunu da daxil ediblər.

Eyni zamanda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu şərabçılıq ilə məşğul olan idxalçıların Honkonqda ticari missiyada iştirak etmək üçün müraciətlərin qəbuluna başlayan Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciət edə biləcəklərinə dair məlumat yayıblar.

A.M.

www.oxu.az

0
5