Türkmən komandirin APA TV-yə eksklüziv açıqlaması: “Bütün Suriya xalqı ümidini Türkiyəyə bağlayıb”

Türkmən komandirin APA TV-yə eksklüziv açıqlaması: “Bütün Suriya xalqı ümidini Türkiyəyə bağlayıb” "Türkmən Dağı bölgəsində çox az kənd türkmənlərin nəzarətindədir. Rejim kəndlərimizi işğal edib. Əlimizdə olan kəndlərdə də türkmənlər döyüşür. Rejimin nəzarətinə keçən kəndlərin sakinləri Türkiyəyə sığınıb. Çünki rejimin ordusu zeytun bağlarını, alma bağlarını yandırıb, məhv edib". Bu eksklüziv açıqlamanı APA TV-yə Suriyada döyüşən tükrmən briqadasının - Zahir Baybars Tuqayının komandiri Əli Şəhəri verib.   Türkmən komandir Bayır-Bucaq bölgəsinin onların neçə yüzillik vətəni olduğunu, türkmənlərin öz vətənləri uğrunda son damla qanadək mübarizə aparacağını deyib: “500 ildən bəri buranın insanlarıyıq. Suyuna, torpağına alışmışıq. Meyvə bağlarımız, ərazilərimiz var. 500 ildən bəri orada məzarlarımız var. Suriya kimliyi də olsa, türk  kimliyi də olsa, o əraziləri istəyirik”.   Əli Şəhərli Bayır-Bucaq bölgəsində öz torpaqları uğrunda döyüşən türkmənlərin sayını açıqlamaq istəməyib: “Say olaraq deyə bilmərəm. Ancaq Türkmən Dağı bölgəsində türkmənlərin gücü var. Türkmənlər millət olaraq hər zaman güclüdür. Az da olsa, çox da olsa. İmanı, inancı var türkmənin. Ərəblər də bizə dəstək olur. Müxaliflər, rejimə qarşı çıxan insanlar bizə dəstək olur. İnancı olan kürd belə bizə dəstək olur. Haqqa inanan, müstəqilliyə inanan insanlar bizə dəstək olur. Yanımızda Suriyanın müstəqilliyinə inanan ərəblər, kürdlər də var”.   Əli Şəhərli bildirib ki, tükrmənlərlə Əsəd rejiminə aid ordu arasında hər gün qızğın döyüşlər gedir: “Bu torpaqlarda atəşkəs deyə bir şey yoxdur. Döyüşlər var. Biz hücum edirik, onlar müdafiə olunur. Onlar hücum edəndə biz müdafiə olunuruq. Döyüşlər durmur”.   Türkmən komandir Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatına tam dəstək verdiklərini açıqlayıb: “Qəlbimiz Hələb türkmənləri ilə, Hələb xalqı ilə birdir. Biz ərəb, türkmən fərqi qoymuruq. Orada bir zülm var. Rejimin zülmü var. PYD zülmü, İŞİD zülmü var. PYD orda koridor qurmaq istəyirdi. Türkmənlər pis vəziyyətdə qalmışdı. Türkiyə müdaxilə etdi. Bizə görə yaxşı oldu. Hələlik "Fərat qalxanı" əməliyyatı yaxşı gedir.  Oradakı xalq müstəqilliyinə qovuşdu. 3000 insan yaşayırdı. 30 min insan qayıtdı vətəninə. Elektrik, su verilir. Çadırlarda yaşayan insanlar evlərinə döndü. Bundan gözəl nə ola bilər? Bunu daha öncə gözləyirdik. Gec də olsa, heç olmamaqdan yaxşıdır”.   Əli Şəhərli Türkiyənin “Fərat qalxan”ına bənzər əməliyyatı Bayır-Bucaq bölgəsində də keçirməsini arzulayır: “Türkiyənin Bayır-Bucağa müdaxiləsini biz də gözləyirik. Səbrlə gözləyirik.  Kəndlərimizə dönmək istəyirik. Əslində bunu bütün Suriya xalqı gözləyir. Bütün xalq gözləyir. Biz ərəb müxaliflərlə görüşürük. İsrarla bunu istəyirlər. Türkiyədə bir ədalət görürlər. Bir sistem görürlər. İstəyirlər bu rejimdən qurtulsunlar. O gözlə baxırlar. Türkiyə müdaxilə etsin, biz də müstəqilliyimizə qovuşaq”.   Türkmən tuğayının rəhbəri deyib ki, Suriyada hərbi əməliyyat keçirməyə hamıdan çox Türkiyənin haqqı çatır: “İki min kilometr uzaqdan gəlib kimisə müdafiə edirlər. 100 min türkmən var Bayır-Bucaqda. 60-70 kənd türk kəndidir. Amerika, Fransa, Rusiya bura gəlir. Halbuki Suriyada nə qohumları var, nə din qardaşları. Axı biz türkük, türkmənik. Bizim kəndlərimiz sərhəddir. Ən təbii gözləntimiz budur. Türkiyənin güclü dövlət olduğuna, bizi də bu zülmdən qurtaracağına inanırıq”. Türkmən komandirin APA TV-yə eksklüziv açıqlaması: “Bütün Suriya xalqı ümidini Türkiyəyə bağlayıb”   "Türkmən Dağı bölgəsində çox az kənd türkmənlərin nəzarətindədir. Rejim kəndlərimizi işğal edib. Əlimizdə olan kəndlərdə də türkmənlər döyüşür. Rejimin nəzarətinə keçən kəndlərin sakinləri Türkiyəyə sığınıb. Çünki rejimin ordusu zeytun bağlarını, alma bağlarını yandırıb, məhv edib". Bu eksklüziv açıqlamanı APA TV-yə Suriyada döyüşən tükrmən briqadasının - Zahir Baybars Tuqayının komandiri Əli Şəhəri verib.   Türkmən komandir Bayır-Bucaq bölgəsinin onların neçə yüzillik vətəni olduğunu, türkmənlərin öz vətənləri uğrunda son damla qanadək mübarizə aparacağını deyib: “500 ildən bəri buranın insanlarıyıq. Suyuna, torpağına alışmışıq. Meyvə bağlarımız, ərazilərimiz var. 500 ildən bəri orada məzarlarımız var. Suriya kimliyi də olsa, türk  kimliyi də olsa, o əraziləri istəyirik”.   Əli Şəhərli Bayır-Bucaq bölgəsində öz torpaqları uğrunda döyüşən türkmənlərin sayını açıqlamaq istəməyib: “Say olaraq deyə bilmərəm. Ancaq Türkmən Dağı bölgəsində türkmənlərin gücü var. Türkmənlər millət olaraq hər zaman güclüdür. Az da olsa, çox da olsa. İmanı, inancı var türkmənin. Ərəblər də bizə dəstək olur. Müxaliflər, rejimə qarşı çıxan insanlar bizə dəstək olur. İnancı olan kürd belə bizə dəstək olur. Haqqa inanan, müstəqilliyə inanan insanlar bizə dəstək olur. Yanımızda Suriyanın müstəqilliyinə inanan ərəblər, kürdlər də var”.   Əli Şəhərli bildirib ki, tükrmənlərlə Əsəd rejiminə aid ordu arasında hər gün qızğın döyüşlər gedir: “Bu torpaqlarda atəşkəs deyə bir şey yoxdur. Döyüşlər var. Biz hücum edirik, onlar müdafiə olunur. Onlar hücum edəndə biz müdafiə olunuruq. Döyüşlər durmur”.   Türkmən komandir Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatına tam dəstək verdiklərini açıqlayıb: “Qəlbimiz Hələb türkmənləri ilə, Hələb xalqı ilə birdir. Biz ərəb, türkmən fərqi qoymuruq. Orada bir zülm var. Rejimin zülmü var. PYD zülmü, İŞİD zülmü var. PYD orda koridor qurmaq istəyirdi. Türkmənlər pis vəziyyətdə qalmışdı. Türkiyə müdaxilə etdi. Bizə görə yaxşı oldu. Hələlik "Fərat qalxanı" əməliyyatı yaxşı gedir.  Oradakı xalq müstəqilliyinə qovuşdu. 3000 insan yaşayırdı. 30 min insan qayıtdı vətəninə. Elektrik, su verilir. Çadırlarda yaşayan insanlar evlərinə döndü. Bundan gözəl nə ola bilər? Bunu daha öncə gözləyirdik. Gec də olsa, heç olmamaqdan yaxşıdır”.   Əli Şəhərli Türkiyənin “Fərat qalxan”ına bənzər əməliyyatı Bayır-Bucaq bölgəsində də keçirməsini arzulayır: “Türkiyənin Bayır-Bucağa müdaxiləsini biz də gözləyirik. Səbrlə gözləyirik.  Kəndlərimizə dönmək istəyirik. Əslində bunu bütün Suriya xalqı gözləyir. Bütün xalq gözləyir. Biz ərəb müxaliflərlə görüşürük. İsrarla bunu istəyirlər. Türkiyədə bir ədalət görürlər. Bir sistem görürlər. İstəyirlər bu rejimdən qurtulsunlar. O gözlə baxırlar. Türkiyə müdaxilə etsin, biz də müstəqilliyimizə qovuşaq”.   Türkmən tuğayının rəhbəri deyib ki, Suriyada hərbi əməliyyat keçirməyə hamıdan çox Türkiyənin haqqı çatır: “İki min kilometr uzaqdan gəlib kimisə müdafiə edirlər. 100 min türkmən var Bayır-Bucaqda. 60-70 kənd türk kəndidir. Amerika, Fransa, Rusiya bura gəlir. Halbuki Suriyada nə qohumları var, nə din qardaşları. Axı biz türkük, türkmənik. Bizim kəndlərimiz sərhəddir. Ən təbii gözləntimiz budur. Türkiyənin güclü dövlət olduğuna, bizi də bu zülmdən qurtaracağına inanırıq”.
0
4