Avstriya aviaşirkətinin 8 dəqiqə sürən yeni beynəlxalq reysi

Avstriya aviaşirkətinin 8 dəqiqə sürən yeni beynəlxalq reysi

Avstriyanın “People's Viennaline” aviaşirkəti ən qısamüddətli beynəlxalq reysi işə salıb, bu reys cəmi 8 dəqiqə çəkir və İsveçin Sankt-Qalleni ilə Almaniyanın Fridrishafen şəhərini birləşdirir.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Marşrutun uzunluğu 20 km-dır. Təyyarə Almaniya, Avstriya və İsveçrə sərhədində yerləşən Boden gölü üzərindən uçur. “Business Insider” 8 dəqiqəlik “mənasız” səfərin əslində Kelnə gedən uzun yolun bir hissəsi kimi məna kəsb etdiyini yazıb.

Reysə biletin qiyməti 40 avrodur. Təyinat məntəqələri arasında məsafəni, həmçinin Boden gölü ətrafı ilə də hərəkət edərək qət etmək mümkündür, avtomobil ilə bu yol bir saat, qatar ilə iki saat çəkəcək.

N.O.

www.oxu.az

0
5