Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb

Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb

Ermənistan əhalisinin sayı açıqlanıb.

Oxu.Az “Panarmenian”a istinadən xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər vətəndaşı var.

Məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə Ermənistan əhalisinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub.

Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan əhalisinin sayı 634,7 min nəfər azalıb.

N.O.

www.oxu.az

0
5