Dollar növbəti dəfə maksimumu yenilədi

Dollar növbəti dəfə maksimumu yenilədi

Bu, məzənnənin 0,64% artması deməkdir.Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi noyabrın 4-də 1,6596 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün dollar 1,6490 manata bərabər olub. Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib. Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.

U.A.

0
7