“Azəriqaz”dan Nardaran ziyarətgahında qazın kəsilməsinə münasibət

“Azəriqaz”dan Nardaran ziyarətgahında qazın kəsilməsinə münasibət

“Azəriqaz” İstehsalat Birliyi (İB) Nardaran qəsəbəsində fəaliyyət göstərən “Rəhimə xanım” ziyarətgahına təbii qazın verilişinin dayandırılması barədə məsələyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə açıqlamasında ziyarətgaha qazın verilməsinin dayandırılması faktını təsdiqləyib:

“Əvvəllər Nardaran qəsəbəsində qaz çəkilişi pərakəndə olanda həmin ziyarətgaha da sakinlər özləri qaz çəkib. Qəsəbənin qazlaşdırılması prosesi yenilənərkən məlum oldu ki, ziyarətgah “Azəriqaz” İstehsalat Birliyinin abonenti deyil.

Ona görə də qəsəbənin qazlaşdırılması zamanı həmin obyektə qazın verilişi dayandırılıb. Ziyarətgahın rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən arayış alınaraq “Azəriqaz”a təqdim edilərsə, obyektə abonentlik veriləcək və bina qazla təmin olunacaq”.

U.A.

0
6