Məşhur aktrisa dəsmal satır – FOTO

Məşhur aktrisa dəsmal satır – FOTO

Əvvəllər bir neçə evi olan məşhur, hazırda yoxsul şəraitdə yaşayır.

Uşaq yaşlarından kinodakı obrazları, xüsusilə Kamal Sunal ilə oynadığı filmlərlə yaddaşlarda qalan aktrisa Səadət Gürsəs çətin günlər yaşayır.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa tutulduğu dəri xərçəngi üzündən əziyyət çəkir.

“Bir zamanlar bir neçə evim var idi, hər adamın ala bilmədiyi son marka avtomobillərdən  istifadə edirdim”, - deyə aktrisa bildirib.

Hazırda yoxsul şəraitdə yaşayan Səadət Gürsəs “pulsuzluqdan Taksimdə dəsmal satıram. Məni tanıyanlar bunun kameraarxası zarafat olduğunu zənn edirlər” deyib.

Aytən Sadıqzadə

0
39