“Yuxarıda və aşağıda” Qırğızıstanda ən yaxşı bədii film diplomuna layiq görüldü

“Yuxarıda və aşağıda” Qırğızıstanda ən yaxşı bədii film diplomuna layiq görüldü

“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb. Forum 28-31 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir.

Bu barədə Oxu.Az-a kinostudiyadan bildirilib.

“Yuxarıda və aşağıda” filminin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında baş tutub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir.

Filmdə baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırırlar.

A.S.

0
9