“PayPal” Azərbaycandan imtina etdi

“PayPal” Azərbaycandan imtina etdi

Yüksək texnologiyalar əsrində onlayn mağazalar getdikcə daha çox populyarlıq qazanır. Azərbaycandan olan istifadəçilər arasında populyarlığa görə “Amazon”, “Alibaba” və “Ebay” ilk sıraları tutur.

Lakin orada mal satan rolunda çıxış etmək imkanımız yoxdur. Problem də ondan ibarətdir ki, ödəniş sistemləri hazırda Azərbaycan istifadəçilərinə pulu ödəmək icazəsi verir, lakin pulu birbaşa Azərbaycandan olan satıcıya və ya xidmət göstərənə göndərməkdən imtina edir.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, problem “PayPal” üçün Azərbaycan kommersiya baxımdan cəlbedici olmamasındadır. Bu haqda məlumatlar Varşavada keçirilən İTC konfransında verilən məlumatdan bəlli olub.

Belə ki, Ukraynanın Mərkəzi Bankının direktoru Sergey Şaski bildirib ki, “PayPal” Ukraynaya birbaşa pul göndərmələri sisteminin işini saxlamağı planlaşdırır.

“Dünya Bankının nümayəndələri “PayPal” nümayəndələri ilə görüşüblər və yaxın 12 ayda “PayPal” Ukrayna bazarına çıxmağı planlaşdırmır”, - Şaski bildirib.

O qeyd edib ki, konfransda iştirak edən Azərbaycan, Qazaxıstan və s. ölkələrin nümayəndələri “PayPal” onların ölkələrinə pul göndərişlərini təmin etməsi üçün hansı addımı atacaqları barədə sual veriblər. “PayPal” nümayəndəliyinin cavabına əsasən, “PayPal” kommersiya təşkilatıdır və özünün inkişaf strategiyası var. Şirkət yalnız ona kommersiya baxımdan cəlbedici bazarlara daxil olmağa çalışır.

Nəzərə alsaq ki, “PayPal” Ukrayna kimi böyük bazarı kommersiya cəhətdən cəlbedici hesab etmirsə, o zaman bu sistemin Azərbaycana gəlməsi hələ bir müddət sual altında qalacaq.

N.O.

www.oxu.az

0
6