Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırladı

Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırladı

Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər Əliyev deyib.

“Flying wing” (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən II Azərbaycan Elm Festivalında nümayiş etdirilib.

Ə.Əliyevin sözlərinə görə, bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola bilər”.

PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər, kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə oluna bilər.

Ə.Əliyev bildirib ki, “Flying wing” hava şəraitindən asılı olaraq 10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.

A.M.

0
11