Rasmussen Obamanı qətiyyətsizlikdə ittiham etdi

Rasmussen Obamanı qətiyyətsizlikdə ittiham etdi

NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qətiyyətsizlikdə ittiham edib.

APA-nın məlumatına görə, “Sky News”a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: “ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır”.

A. F. Rasmussen Donald Trampın ABŞ-da prezidentlik postuna gəlməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu cür ssenari çox təhlükəli ola bilər.

0
9