Qubaya 22 sm hündürlükdə qar yağıb

Qubaya 22 sm hündürlükdə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb.

Burada qarın hündürlüyü 22 sm-ə çatıb. Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb. Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb.

Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burada temperatur -13 dərəcə şaxta olub.

E.Ə.

0
7