Almaniyada Dünya Azərbaycanlılarının Forumu keçiriləcək

Almaniyada Dünya Azərbaycanlılarının Forumu keçiriləcək

2017-ci il fevralın 4-də Almaniyanın Köln şəhərində  Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Forumu keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə DAA-nın prezidenti Rəşad Quliyev məlumat verib.

Tədbirdə Almaniyanın siyasi partiyaları, qeyri hökumət təşkilatları, millət vəkillərinin, Avropanın eləcə də dünyanın bir sıra beynəlxalq qurumlarının iştirak

edəcəyi bildirilir. Forumda “Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi” mövzusunda müzakirələr, Dünya Azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr, Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi, DAA – nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi nəzərdə tutulub.

Forumda eyni zamanda Azərbaycan hökumət nümayəndələrinin, Diaspora Komitəsi rəhbərliyinin, millət vəkillərinin, bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri də dəvət olunacaqlar. Qurumun sədri Rəşad Quliyev dünyaya səpələnmiş həmvətənlilərimizə müraciət edərək foruma dəvət edib.

Forumda iştirak etmək istəyənlərdən aşağıdakı ünvana müraciətlərini göndərmələri xahiş edilir. world.azerbaijanis.assembly@gmail.com

0
9