Bu ölkə Azərbaycana ixracı artıracaq

Bu ölkə Azərbaycana ixracı artıracaq

Pakistanın Kommersiya və İstehsalın Müdafiəsi Nazirliyi növbəti 5 il ərzində Azərbaycana ixracın həcmini artırmaq məqsədilə birgə fəaliyyət planı hazırlamaq barədə razılığa gəlib.

Oxu.Az xəbər verir ki, APA Pakistan mətbuatına istinadən xəbər verir ki, ötən ay Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfərindən sonra nazirliklərarası işçi qrupunun görüşü zamanı ölkəmizə ixracın 60 milyon dollardan 500 milyon dollaradək artırılması barədə qərar qəbul olunub.

Kommersiya naziri Xürrəm Dəstgir və istehsalın müdafiəsi naziri Rana Tanvirin sədrliyi ilə keçirilən görüşdə növbəti illərdə Azərbaycana ixrac olunacaq mal və xidmətlərin genişləndirilməsi və diversifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə edilməsi qərara alınıb.

Bununla yanaşı, fəaliyyət planı çərçivəsində kommersiya nazirinin başçılıq etdiyi nümayəndə heyətinin gələn ay Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, 2015-2016-cı illər ərzində Pakistandan Azərbaycana əsasən düyü ixrac olunub. İxracın ümumi dəyəri 60 milyon dollar, Azərbaycandan Pakistana idxalın həcmi isə 0,031 milyon dollar təşkil edib.

U.A.

0
5