Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın noyabrın 3-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 2-i ilə müqayisədə dəyişməyərək 1,6490 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutasının qiyməti 1,8254 manatdan 1,8329 manata qalxıb.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 2-i ilə müqayisədə 0,0261 manatdan 0,0260 manatadək ucuzlaşıb. Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manatdan 0,5292 manata qalxıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdan 2,0332 manadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6865 manatdan 0,6772 manatadək ucuzlaşıb.

U.A.

0
4