İtaliyada yenidən silkələndi

İtaliyada yenidən silkələndi

İtaliyanın mərkəzi bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 02:35-də qeydə alınıb.

Zəlzələnin episentri paytaxt Romadan 134 km şimalda, Peruca şəhərindən 55 km şərqdə, ocağı isə 8 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, avqustun 24-də İtaliyada baş verən güclü zəlzələ 298 nəfərin həyatına son qoyub.

Oktyabrın 26-da ölkədə 5,9 bal, oktyabrın 30-da isə 6,5 gücündə yeni yeraltı təkanlar qeydə alınıb.

0
8