ABŞ-da iki polis zabiti güllələndi

ABŞ-da iki polis zabiti güllələndi

ABŞ-ın Ayova ştatında iki polis zabiti güllələnib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, cinayəti törətməkdə şübhəli bilinən 46 yaşlı De-Moyn şəhər sakini saxlanılıb.

Birinci zabit yerli vaxtla gecə saat 01:00 radələrində, ikinci isə 20 dəqiqə sonra patrul avtomobilində olarkən güllələnib.

Hücumun motivləri hələ ki məlum deyil.

0
5