Azərbaycan Ukraynadan 2 təyyarə alacaq

Azərbaycan Ukraynadan 2 təyyarə alacaq

An-178 ilk dəfə 2015-ci ilin mayında havaya qalxıb.

Qrafikə əsasən, “Antonov” dövlət şirkəti qısamüddətli perspektivdə 9 təyyarə buraxmağı planlaşdırır. Sifarişçilər arasında Çin, İraq, Azərbaycan və Ukraynanın Müdafiə Nazirliyi var.

Oxu.Az Senzor-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Mexatronika” İnnovasiyalı regional aerokosmik klasterinin sədri Viktor Popov bildirib.

“Antonov” dövlət şirkətində müşavirədə Ukraynada təyyarəqayırmanın inkişafından söhbət gedib. Bu gün 9 təyyarənin tədarükündən söhbət gedir – 2 təyyarə Çinə, 2-si Azərbaycan, 4-ü İraq və 3-ü Ukrayna Müdafiə Nazirliyinə tədarük olunacaq”, - deyə, Popov bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Silk Way Airlines şirkəti və “Antonov” arasında 10 An-178 təyyarəsinin tədarükü barədə müqavilə bağlanıldığı bildirilmişdi.

An-178 ilk dəfə 2015-ci il mayın 7-də havaya qalxıb. 

0
34