Azərbaycanda iki sığorta şirkəti birləşir

Azərbaycanda iki sığorta şirkəti birləşir

Proses 2 ay çəkə bilər.

Azərbaycanın iki sığorta şirkəti birləşir. Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir. 

Oxu.Az xəbər verir ki, bu barədə fins.az-a “Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov bildirib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Sənədlərin toplanması işi gedir. V.Rəcəbov bildirib ki, proses 2 ay və daha çox çəkə bilər. Bütün işlər vaxtında yekunlaşarsa, konsolidasiya iyun ayında baş tutacaq.

0
31