İlin ən yaxşı məşqçisi adına on namizəd – SİYAHI

İlin ən yaxşı məşqçisi adına on namizəd – SİYAHI

Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat çərşənbə günü, noyabrın 2-də, qurumun rəsmi saytında yerləşdirilib.

Siyahıda Joze Morinyo və Antonio Konte kimi mütəxəssislərin adları yoxdur.

Yekun siyahıya on məşqçinin adı daxil edilib: Kris Koulman (Uels yığması), Didye Deşam (Fransa yığması), Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurqen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester Siti”), Fernandu Santuş (Portuqaliya yığması”), Diyeqo Simeone (“Atletiko”), Zinəddin Zidan (“Real”).

Qeyd edək ki, ilin ən yaxşı məşqçisinin adı gələn il yanvarın 9-da açıqlanacaq.

S.B.

0
11