ABŞ-dan gələn məlumat neftin qiymətini kəskin ucuzlaşdırdı

ABŞ-dan gələn məlumat neftin qiymətini kəskin ucuzlaşdırdı

Brent markalı neftin qiyməti 28 sentyabr 2016-cı il tarixdən ilk dəfə 47 dollardan aşağı düşüb.

Bu barədə Oxu.Az ICE London qitələrarası birjasında keçirilən hərracların son nəticələrinə istinadən xəbər verir.

Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barelə görə 2,97% ucuzlaşaraq 46,71 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,02% azalaraq 46,28 dollar təşkil edib.

Ekspertlər bildirirlər ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına ABŞ-ın yanacaq ehtiyatlarının artması barədə məlumatlar təsir edib.

ABŞ-ın Energetika nazirliyinin məlumatına əsasən, ölkənin neft ehtiyyatları ötən həftə 14,44 milyon barel artaraq 482,6 milyon barel təşkil edib.

S.B.

0
10