Tağıyev-Sahil və Masazır-Novxanı yolu bağlanır

Tağıyev-Sahil və Masazır-Novxanı yolu bağlanır

Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol-cizgi və yol-göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

Oxu.Az-a daxil olan məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlanılacaq və axşam saat 17:00-dək davam edəcək. 

Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

0
25