Bakı məktəblilərində “yeni dinin peyğəmbəri” təbliğ edilib

Bakı məktəblilərində “yeni dinin peyğəmbəri” təbliğ edilib

Azərbaycan Respublikası DİN mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi təşkilata gəncləri cəlb etməyə çalışan “Ocaq” (“İman evi”) dini sektanın ondan çox üzvünə qarşı iş üzrə araşdırma aparır.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a hüquq-mühafizə orqanlarında bildiriblər.

Hüquq-mühafizəçiləri sekta üzvlərinin izinə Biləcəri qəsəbəsində məktəblərin birində bir qrup adam yuxarı siniflərdə vətənpərvərlik mövzusunda məruzə oxumaq qərarına gəliblər.

Məktəb direktoru mühazirəçilərin “İman evi”nin təsisçisi Asif Əfəndiyevin təlimini yaymaqla məşğul olacaqlarından şübhələnmədiyi üçün onlara dərs keçməyə icazə verib. Sekta üzvləri isə yuxarı sinif şagirdlərinə Azərbaycanın həyat və yaradıcılığının təbliğ edərkən, sətir arası “Mütləqə inam” təlimindən də söz açıblar.

Bundan xəbər tutan direktor, Binəqdəi rayon polis idarəsinə məlumat verib.

Sekta üzvlərinin təliminə əsasən Asif Ata – yeni dinin peyğəmbəridir. Sektaçılar özlərinin onun oğulları adlandırrılar. Ən maraqlısı isə odur ki, jurnallarda Əfəndiyevin təqdim etdiyi əlifba təqdim edilib. Bu gün həmin təşkilatın üzvləri öz gizli yazışmaları üçün həmin əlifbadan istifadə edirlər.

Məlumdur ki, əməliyyat-axtarış tədbirlərinin gedişatında polis əməkdaşları çoxsayda ədəbiyyat və sektannı üzvlk biletlərini aşkar ediblər. Müsadirə edilən ədəbiyyat Dini birliklərlə iş üzrə Dövlət Komitəsinə ekspertizaya göndərilib.

Qeyd edək ki, sektanın yaydığı kitablarda həyat haqqında qəribə fikirlər yer alıb.

S.B.

0
12