Çavuşoğlu Moskva və Ankara arasında fikir ayrılığından danışdı

Çavuşoğlu Moskva və Ankara arasında fikir ayrılığından danışdı

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Suriyada münaqişə üzrə Ankara və Moskva arasında fikir ayrılığından danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə diplomat “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.

“Bizim onları (terroçuları və müxalifətçiləri) hansı prinsip üzrə bölməyə dair fikir ayrılığı yaranıb. Əvvəlcə bombardmanları dayandırmaq, atəşkəsi təmin etmək, bundan sonra müddət təyin etmək lazımdır. Müharibə getdiyi, rejimin bombardmanları davam etdirdiyi müddət ərzində bölgü aparmaq çətindir”, - Çavuşoğlu bildirib.

N.O.

www.oxu.az

0
7