Tolik “Azərişıq”ın sədrindən şikayət etdi

Tolik “Azərişıq”ın sədrindən şikayət etdi

Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-in sədri Baba Rzayevdən şikayət edib.

Oxu.Az xəbər verir ki, o, həftə ərzində Xırdalanda 3 dəfə işıqların kəsildiyini bildirib:

“Xırdalana köçəndən əsəblərim tarıma çəkilib. “Azərişıq” hara baxır, bilmirəm. Mən görmüşəm ki, işığı ayda bir və ya iki dəfə kəsərlər. Həftədə 3 dəfə işığı kəsməzlər. Bəsdir, pulları yeyib, ucuz kabellər çəkdiniz. İki gündən bir Xırdalanda filan yer partlayıb, nə bilim, nə olub. Biz axı neyləyək? Tualetə getməyək? Əl-üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizdə yoxdur. Qabaqdan qış gəlir. İki gün yağış yağandan sonra Xırdalanı su aparır, işıqlar kəsilir. Daha susmayacağam, hər dəfə belə şey olanda yazacağam”.

A.S.

0
14