Bakıda məhkum damarlarını kəsdi

Bakıda məhkum damarlarını kəsdi

İntihara cəhd hadisəsi təcridxana kamerasında baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Səbail Rayon Polis İdarəsindən bildiriblər.

Noyabrın 1-dən 2-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin təcridxanasında 1989-cu il təvəllüdlü Əkbərov Novruz Əlimərdan oğlu dəmir parçası ilə damarlarını kəsib.

Xoşbəxtlikdən polis əməkdaşları saxlanılan şəxsin niyyətini anlayıblar və dərhal həkim çağırıblar.

Məhkuma tibbi yardım göstərilib. O, Səbail rayon ərazisində qarət və soyğunçuluqda ittiham edilib.

E.Ə.

www.oxu.az

Bakıda avtobuslar üçün ayrıca yol olacaq
0
7