Mərkəzi Bankın notları üzrə sifarişlərin məbləği elan edildi

Mərkəzi Bankın notları üzrə sifarişlərin məbləği elan edildi

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100152S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Oxu.Az-a Bakı Fond Birjasından bildirilib.

Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64 milyon 236 min 300 manat təşkil edib. Sifarişlər 98,8475 (14,9906%) və 98,9228 manat (14,0005%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98,8483 manat (14,9801%), orta ölçülmüş qiyməti 98,8687 manat (14,7117%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+0) tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 milyon manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 30.11.2016-cı ildir.

U.A.

0
8