Azərbaycanlı Ukraynada həmvətəninin qətlini sifariş verdi – FOTO+VİDEO

Azərbaycanlı Ukraynada həmvətəninin qətlini sifariş verdi – FOTO+VİDEO

Hüquq-mühafizəçilər hazırlanan sui-qəsddən xəbər tutublar.

Zaparojesk hüquq mühafizəçiləri qatili və qətli sifariş verən şəxsi, sui-qəsdi uğurlu imitasiya etdikdən sonra saxlayıblar.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Zaporojesk vilayətinin kriminal polis idarəsinin rəisi Sergey Prudçenko bəyan edib.

Məlum olub ki, Zaporojesk vilayətində iş adamının avtomobilinin partlaması – hüquq-mühafizəçilərinin xüsusi əməliyyatıdır.

Sui-qəsdin hazırlandığı sahibkar əslən Azərbaycandandır, 19 ildir ki Ukraynada yaşayır. Qətli onun biznes üzrə rəqibi – Azərbaycan vətəndaşı sifariş verib. Hüquq mühafizəçiləri planlaşdırılmış qətldən xəbər tutduqdan sonra xüsusi əməliyyat keçirmək qərara alınıb.

Qəsdin icrasında şübhəli bilinən şəxs saxlanılıb, daha sonra KİV-də biznesmenin qətlə yetirilməsi haqqında məlumat yayılıb.

“Məlumat sifarişçinin qətl faktından əmin olması və pulun qalan hissəsini verməsi üçün yayılmışdı. Sifarişçi məhz həmin an saxlanılıb”, - hüquq mühafizəçiləri brifinq zamanı bildiriblər.

Hazırda saxlanılan şəxslərə qarşı sifarişli qətl üzrə ittihamlar irəli sürülüb.

0
20