Avropa Çempionatının püşkü Azərbaycanda atılacaq

Avropa Çempionatının püşkü Azərbaycanda atılacaq

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasiminin keçiriləcəyi məkan açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının və bir sıra aparıcı oyunçuların qatılacağı mərasim noyabrın 24-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Püşkatmada bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq.

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub

0
3