ANAMA lift qəzasının səbəbini açıqlayıb

ANAMA lift qəzasının səbəbini açıqlayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerləşdiyi binada liftin “tros”unun qırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, ANAMA-dan APA-ya bildirilib ki, hadisə dünən axşam saat 18:00 radələrində - işçilər evə gedərkən baş verib. Bu gün mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

“Müəyyən edilib ki, liftin “tros”u qırılmayıb. Sadəcə, lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar”, - deyə ANAMA-dan bildirilib.

E.Ə.

0
5