Bakıda 50 min dollarlıq oğurluq

Bakıda 50 min dollarlıq oğurluq

Bakıda mənzildən oğurluq olub.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, N.Tusi küçəsi ev 14-dəki mənzillərdən birində baş verib.

Orada yaşayan 60 yaşlı Xuraman Hacıyevaya məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

E.Ə.

0
16