“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir!

“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir!

Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus” sakinlər tərəfindən böyük marağı nəzərə alaraq gözlənilən “Əli və Nino” filminə hədiyyəli aksiyanı daha 1 ay uzadır. Film Azərbaycan dilində nümayiş olunur.

Oxu.Az xəbər verir ki, aksiyanın məqsədi - əsas çəkilişləri Gəncə körpüsündə olmuş “Əli və Nino” filmini sakinlərə pulsuz olaraq nümayiş etməkdir. Aksiya dekabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir.

Hədiyyəli biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər:

1. Dövlət qulluqçuları (müəllimlər, həkimlər və s.) və hərbiçilər;

2. Tələbələr - təsdiq üçün tələbə bileti ilə birgə;

3. Tamaşaçılar - 50 yaşdan yuxarı;

4. Məhdud fiziki imkanlı şəxslər;

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.

“CinemaPlus” hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinematoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır.

0
13