Mətanət Əsədova keçmiş “Nida”çını həbs etdirdi

Mətanət Əsədova keçmiş “Nida”çını həbs etdirdi

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş “Nida”çı Elsevər Mürsəlli həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

O, bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. E.Mürsəlli Şüvəlan qəsəbəsində yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.

A.S.

0
9