İndoneziyada gəmi qəzaya uğrayıb: Ölənlər var

İndoneziyada gəmi qəzaya uğrayıb: Ölənlər var

İndoneziyanın Batam adası yaxınlığında gəminin qəzaya uğraması nəticəsində ən azı 21 nəfər ölüb, 34 nəfər itkin düşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsinin nümayəndələri məlumat yayıb.

Məlumata görə, gəmidə olan 38 nəfər xilas edilib.

Gəmi Malayziyanın Cohor-Baru (Cohor ştatı) limanından İndoneziyaya üzürdü. Şahidlərin sözlərinə görə, gəmi güclü dalğa və küləyin əsməsi nəticəsində çevrilib.

Hüquq-mühafizə orqanları hadisənin əsas səbəbi kimi İndoneziyadan mühacir-fəhlələri daşıyan gəminin həddən artıq yüklənməsi olub.

N.O.

www.oxu.az

0
3