Cənubi Koreyada yaranan qalmaqal fonunda baş nazir dəyişdirildi

Cənubi Koreyada yaranan qalmaqal fonunda baş nazir dəyişdirildi

Cənubi Koreyanın prezidenti Pak Kın He rəfiqəsi Tsoy Sun Silin adı hallanan qalmaqal fonunda baş naziri və maliyyə nazirini dəyişdi.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Tsoy Sun Sil pul qarşılığında prezidentin qərarına təsir etməkdə ittiham edilir. Onu ölkədən qaça bilmə təhlükəsi olduğu üçün saxlayıblar.

Seulda BBC müxbirinə verilən məlumata görə, yüksək vəzifəli dövlət qulluqçularının öz xahişi ilə getdiyi və ya azad edildikləri məlum deyil.

Həmçinin onların bu qalmaqala aidyyatları olması da məlum deyil. Onun sözlərinə görə, Cənubi Koreya prezidenti belə vəziyyətlərdə yüksək vəzfəli məmurları tez-tez dəyişir.

N.O.

0
3