Mikael Zolyan: Ermənistan diplomatik təcrid vəziyyətinə düşdü

Mikael Zolyan: Ermənistan diplomatik təcrid vəziyyətinə düşdü

“Münaqişə gec-tez güzəşt variantı əsasında həll olunmalıdır”.

Bu 4 günlük müharibə ilə biz sülhdən daha da uzaqlaşdıq. Genişmiqyaslı müharibə riskini artırdıq. 

Oxu.Az xəbər verir ki, bu barədə “1in.am” erməni saytına verdiyi müsahibəsində Ermənistanın regional tədqiqatlar mərkəzinin analitiki Mikael Zolyan bildirib.

“Biz siyasi elitamızın qeyri-adekvat olduğunu və bugünkü çağırışlara hazır olmadığını görürük. Ermənistan diplomatik təcrid vəziyyətinə düşüb və bu, bizim daxili siyasətimizin nəticəsidir”, - M.Zolyan bəyan edib. 

Mikael Zolyanın fikrincə, Qarabağ münaqişəsi gec-tez güzəşt variantı əsasında həll olunmalıdır.

Analitik əmindir ki, Ermənistan erməni-türk protokollarının süqutu nəticəsində regional amil kimi öz rolunu itirməyə başlayır. 

0
20