Ulvira Qarayeva yeni telekanalda

Ulvira Qarayeva yeni telekanalda

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.

Oxu.Az-ın ölkə.az-a istinadən məlumatına görə, aparıcı ARB TV-yə keçib.

Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov təsdiqləyib:

“Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq”.

Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib.

A.S.

0
8