ABŞ Belarus üçün vizasız rejim siyasəti elan edib

ABŞ Belarus üçün vizasız rejim siyasəti elan edib

ABŞ Dövlət Departamenti vizasız rejim proqramına düşən ölkələrin sayını 38-dən 39-a qədər artırıb. Bu imtiyaza sahib olan 39-cu dövlət isə Belarus olub.

Oxu.Az “RNbee”ya istinadən xəbər verir ki, Belarus pasportlarının sahiblərinin Birləşmiş Ştatlara gəlmək üçün viza tərtib etmək lazım deyil.

Birləşmiş Ştatlara vizasız rejim proqramı likə daxil olmaq üçün Giriş üçün Elektron qeydiyyat sistemində qeydiyyatdan keçmək lazımdır.

Bu hüququ ABŞ-a turizm və biznes məqsədilə gələn və orada altı ay müddətinə qalmaq istəyənlər qazanır. Amma ABŞ-da altı aydan çox qalmaq istəyən və ailəsi ilə orada məskunlaşmaq istəyənlər viza almaq üçün müraciət etməlidirlər.

ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Dövlət Departamentinin bu qərarı ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və biznesin inkişafına dəstək üçün atıldığını deyib.

Qeydiyyatdan keçmək üçün məlumat yaxın günlərdə dərc ediləcək.

N.O.

www.oxu.az

0
6