Çin Şimali Koreyaya 3 milyon dollar vəsait ayırır

Çin Şimali Koreyaya 3 milyon dollar vəsait ayırır

Çinin Ticarət Nazirliyi Şimali Koreya hökumətinə baş verən daşqının nəticələrini aradan qaldırmaq üçün 20 milyon yuan (3 milyon dollar) həcmində humanitar yardım ayırmaq niyyətindədir.

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Sentyabrın əvvəlindən Şimali Koreyaya 290-320 mm yağıntı düşüb, bu isə Tumanqan çayında daşqınlara səbəb olub. 70 minə yaxın adam evsiz qalıb. Hamgen-Pukto əyalətində on minlərlə yaşayış evi və ictimai bina dağılıb. Həmçinin ölkənin nəqliyyat və enerji sisteminə, sənaye müəssisələrinə böyük zərər dəyib.

Daha öncə Şimali Koreyada daşqın zamanı 138 nəfərin öldüyü, 400 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.

N.O.

www.oxu.az

0
6