London polisindən Britaniyanın XİN rəhbərinə qadağa

London polisindən Britaniyanın XİN rəhbərinə qadağa

Londonun polis xidməti Böyük Britaniyanın yeni Xarici işlər naziri Boris Consona terror təhdidi ilə əlaqədar şəhər küçələrində velosiped ilə gəzməyi qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə News.ru məlumat yayıb.

Onun Londonun meri olduğu dövrdə veloinfrastrukturun inkişafında göstərdiyi səylərə baxmayaraq, bu qadağaya əməl edərək, işə xidməti limuzinlə gəlməli olub.

Britaniyanın “The Daily Mail” qəzeti yazır ki, Boris Conson Tauer körpüsü yaxınlığında yerləşən meriyaya və başqa məkanlara, adətən, velosipedlə gedirdi. Bu ənənəyə xarici işlər naziri seçildikdən sonra da davam etmək ümidi olasa da, London polisi buna icazə verməyib.

Onun dostu “The Sun” qəzetinə danışıb ki, qadağa nazirin qəzəbinə səbəb olub, amma polislər fikirlərindən dönməyiblər, belə ki, nazir üzdən tanındığı üçün çox asan hədəfə çevrilə bilər.

N.O.

www.oxu.az

0
7