Messini matçdan sonra təhqir etdilər

Messini matçdan sonra təhqir etdilər

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin matçından sonra “Mançester Siti” futbolçuları tərəfindən təhqir edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Hadisə Messinin “Etihad – Siti of Mançester” stadionunun tuneli ilə geyinmə otağına gedərkən baş verib.

Argentinalı futbolçu onu təhqir edənlərdən birini “axmaq” adlandırıb.

Mübahisə ingilis komandasının forvardı Serhio Aqueronun müdaxilə etməsi nəticəsində davam edib.

“Barselona” bu matçda 1:3 hesabı ilə uduzub.

N.O.

www.oxu.az

0
3