Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir

Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin oktyabr ayının yekunları ilə bağlı açıqladığı hesabatda qeyd olunub.

2016-cı il oktyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5,5 milyon dollar təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 3,08% və ya 127,2 milyon dollar azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,4% və ya 2 milyard 829,1 milyon dollar azalma olub.

U.A.

0
5