Nazirliк: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Nazirliк: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Erməni silahlı bölmələri noyabrın 2-nə keçən gecə cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

N.О.

0
3