Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın noyabrın 2-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i müqayisədə 0,67% bahalaşaraq 1,6490 manat təşkil edib

.Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7959 manatdan 1,8254 manata düşüb.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 1-i ilə müqayisədə 0,0259 manatdan 0,0261 manatadək bahalaşıb. Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0034 manatdan 2,0186 manadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6840 manatdan 0,6865 manatadək artıb.

U.A.

0
6