Türkiyə “Altay” tanklarının istehsalına başlayır

Türkiyə “Altay” tanklarının istehsalına başlayır

“Biz ölkəmiz naminə var qüvvəmizlə çalışmağa hazırıq”.

Türkiyənin ” iri özəl müdafiə şirkəti yeni “Altay” tankının istehsalatına hazır olduğunu bəyan edib.  

Oxu.Az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Türkiyə istehsalı olan tank bu qəbildən olan ilk silsilə hərbi maşın olacaq.

“Bizə bu tapşırıq verilib və biz ölkəmiz naminə var qüvvəmizlə çalışmağa və təcrübəmizi ortaya qoymağa hazırıq”, - “Otokar” şirkətinin idarə heyətinin sədri Əli Koç bəyan edib. 

O, Türkiyənin müttəfiq ölkələri tərəfindən layihəyə marağı qeyd edib və “Altay”ın uzunmüddətli perspektivdə yaxşı ixrac potensiala sahib olduğunu vurğulayıb. 

Perspektivli “Altay” tankının işlənməsi 2007-ci ildən Cənubi Koreya şirkəti “Hyundai Rotem” ilə bərabər aparılır, 2011-ci ildə hərbi maşının ilk nümanəsi təqdim edilmişdi. 

“Altay”ın konsepsiyasının əsasına Cənubi Koreyanın “K-2 Black Panther” tankında istifadə edilmiş texnologiya yer alıb. 

Ümumilikdə, Türkiyə bu qəbildən olan 1000 ağır tankı almağı planlaşdırır. 

0
35