Kömür mədənində partlayış: 33 ölü

Kömür mədənində partlayış: 33 ölü

Çində kömür mədənində baş vermiş partlayış nəticəsində 33 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Laysu şəhəri yaxınlığında yerləşən özəl kömür mədənində baş verib. Partlayış baş verən an yerin altında 35 şaxtaçı olub. Onlardan cəmi iki nəfəri xilas etmək mümkün olub.

Hazırda axtarış-xilasetmə işləri başa çatıb.

0
3