İlham Əliyev təbrik məktubu ünvanladı

İlham Əliyev təbrik məktubu ünvanladı

“Xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Bounyanq Volaçitə Laos Xalq Demokratik Respublikasının Prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə məktubda deyilir:

“Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

0
18