Roqozin Bakıya gəlir

Roqozin Bakıya gəlir

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin dekabr ayında Bakıya səfər edəcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində “Rusiya İxracat Mərkəzi” Səhmdar Cəmiyyətinin qeyri-maliyyə dəstəyi üzrə icraçı direktoru Konstantin Yevstyuxin deyib.

D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Dekabrın əvvəllərində keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutacaq İşçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi.

S.B.

0
7