Obamanın “Twitter”dəki paylaşımları seçkilərdən sonra silinəcək

Obamanın “Twitter”dəki paylaşımları seçkilərdən sonra silinəcək

Prezident Barak Obamanın ABŞ başçısının rəsmi “Twitter” səhifəsində dərc etdiyi ismarıclar digər hesaba köçürüləcək.

Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə Ağ evdən bəyanat verilib.

Yeni prezident hesabı paylaşımlar olmadan alacaq. Bununla yanaşı, hesabın 11 milyon təqibçisinin olacağı bildirilir.

Ağ evdən qeyd ediblər ki, eyni prosedur Obamanın “Facebook” və “Instagram” səhifələrində də aparılacaq.

N.O.

www.oxu.az

0
6